Paşinyanın mətbuat katibi "Artsax" sözünə görə üzr istədi - VİDEO

   Paşinyanın mətbuat katibi "Artsax" sözünə görə üzr istədi    - VİDEO
  29 Sentyabr 2023    Oxunub:969
Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan "Artsax" sözünü işlətdiyi üçün üzr istəyib.
AzVision.az xəbər verir ki, o, Qarabağdan gələnlərə “Humanitar Mərkəz” tərəfindən göstərilən dəstəyə dair işlərin gedişini təqdim edib. İrəvan rəsmisi çıxışı zamanı Azərbaycan ərazisinin adını çəkərkən yanlış ifadə işlədib.

Qondarma rejim özünü buraxdı - Separatçılar rəsmən tarixə gömüldülər
"Bildiyiniz kimi, dünən baş nazir "Artsax"dan olan məcburi köçkünlərə, üzr istəyirəm, "Dağlıq Qarabağ"dan olan məcburi köçkünlərə dair planları açıqlayarakən bir dəfəlik 100 min dram verilməsini təklif etdi. Biz söz vermişik ki, bu prosesin necə həyata keçiriləcəyini təqdim edəcəyik”. -o qeyd edib.

Xatırladaq ki, sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş qondarma qurum özünü buraxdığını elan edib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti