Saakyan, Qukasyan və İşxanyan saxlanılaraq Bakıya gətiriliblər

      Saakyan, Qukasyan və İşxanyan    saxlanılaraq Bakıya gətiriliblər
  03 Oktyabr 2023    Oxunub:879
Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
Bu şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.

Ermənistan hərbi caniləri axtarır - Bako, Arkadi və Arayik haradadır?
Qeyd edək ki, 2020-cil sentyabrın 27-də Vətən müharibəsini qələbə ilə bitməsindən sonra üçtərəfli bəyanata əsasən həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edib.

Bundan sonra Azərbaycan öz qətiyyətli addımlar ataraq separatçıların bütün məkrli planlarını darmadağın edib.

19-20 sentyabr tarixlərində ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq özü buraxmağa məcbur edilib.

AzVision.az



Teqlər:   Separatçı   Bakı  





Xəbər lenti