“Sülhməramlılar noyabrın 1-dək Azərbaycanı tərk edəcəklər” - Badalyan

   “Sülhməramlılar noyabrın 1-dək Azərbaycanı tərk edəcəklər” -    Badalyan
  05 Oktyabr 2023    Oxunub:967
Xəbər verdiyimiz kimi Qarabağda mövcud olmuş separatçı rejimin hərbi caniləri bir-bir tutularaq Bakıya gətirilir.
Ermənistan cəmiyyəti isə Azərbaycanın bir müddət öncə həyata keçirdiyi uğurlu antiterror tədbirlərini, qondarma qurumun tarixə gömülməsini həzm edə bilmir.

"Heç vaxt sülhməramlı qınaqları ilə razılaşmayacağıq” - Peskov
Yerli mediada Rusiya əleyhinə silsilə yazılar dərc olunur, siyasətçilər, jurnalistlər Azərbaycan ərazisində separatizmə son qoyulmasına görə Kremli ittiham edirlər.

Məsələn, "Mamul" saytı yazır ki, yaxın vaxtlarda bölgədə daha bir tarixi hadisə baş verə bilər.

"İctimai xadim, məşhur bloger Mika Badalyan iddia edib ki, artıq Qarabağda rus hərbçilərinin saxlanılmasına da ehtiyac qalmayacaq. O, Telegram kanalında 2023-cü il noyabrın 1-dək Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk edəcəyinə dair məlumatlara malik olduğunu yazıb”, - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sülhməramlı   Ermənistan   Separatizm  





Xəbər lenti