Paşinyan Strasburqa gedib

 Paşinyan Strasburqa gedib
  16 Oktyabr 2023    Oxunub:1131
Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Strasburq şəhərinə gedib.
AzVision.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə məlumat yayıb.

Politico: Qranada sammiti Türkiyə və Azərbaycan olmadan uğursuzluqla nəticələnib
Qeyd edilir ki, Ermənistan hökumətinin başçısı sabah, oktyabrın 17-də Avropa Parlamentində çıxış edəcək.

Bundan başqa, Ermənistanın baş naziri və Avropa Parlamentinin sədri Roberta Metsola arasında danışıqlar planlaşdırılır.

Xatırladaq ki, Metsola Qranadada Paşinyanla görüşü zamanı onu Avropa Parlamentinin plenar iclasında çıxış etməyə dəvət etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Strasburq  





Xəbər lenti