Ermənistanın Müdafiə Nazirliyinin keçmiş sözçüsü həbs edildi

   Ermənistanın Müdafiə Nazirliyinin keçmiş sözçüsü  həbs edildi
  17 Oktyabr 2023    Oxunub:1097
Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Altunyanın vəkili Qor Saqoyan məlumat verib.

Daha bir separatçı "müdafiə naziri"nə qarşı cinayət işi açıldı
Onun sözlərinə görə, birinci instansiya məhkəməsi ev dustaqlığı və girov qətimkan tədbiri seçib. Prokurorluq hökmdən apellyasiya şikayəti verib. Bundan sonra Apellyasiya Məhkəməsi onu ləğv edərək 2 ay müddətinə həbs qərarı çıxarıb.

Vəkilin sözlərinə görə, Gevorq Altunyan dindirilərkən ətraflı ifadələr verib. Müdafiə tərəfi digər istintaq hərəkətlərinin də aparılmasını istəyib. Çünki “eks ordu məmurunun ittiham olunduğu məsələlərin reallıqla heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, İstintaq Komitəsinin yaydığı məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi işləmiş Gevorq Altunyan 2019-2021-ci illərdə “El” MMC-nin direktoru A.B. və “Nor” ictimai təşkilatının rəhbəri, "dasaran.am" portalının təsisçisi Suren Aloyan, eləcə də nazirliyinin sözügedən idarəsinin iki əməkdaşının köməyi ilə satınalma sənədlərinə saxta məlumatlar daxil ediblər. Onlar dövlətdən 106,3 milyon dram ( təxminən 270 min dollar-red. ) oğurlayıblar.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Həbs  





Xəbər lenti