Belçikada 2 nəfəri güllələyən miqrant öldürüldü - VİDEO

   Belçikada 2 nəfəri güllələyən miqrant öldürüldü -  VİDEO
  17 Oktyabr 2023    Oxunub:1308
Belçika polisi Brüsseldə isveçli azarkeşlərə hücum edən terrorçunu paytaxtdakı kafedə öldürüb.
AzVision.azxəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Miqrant Brüseldə terror törətdi: 2 nəfər ölüb - VİDEO
Bununla belə, prokurorluq hələlik məhv edilmiş şübhəlinin axşam terror törətmiş şəxs olmasının təsdiqini gözləyir.

Xatırladaq ki, faciə oktyabrın 17-də axşam saatlarında baş verib. Brüsseldə Belçika-İsveş matçı zamanı terrorçu “Allahu Əkbər” sədaları altında İsveç milli komandasının azarkeşlərinə "Kalaşnikov" avtomatından atəş açmağa başlayıb. O, iki nəfəri öldürüb.

O, terrordan sonra canlı yayıma çıxaraq deyib ki, atdığı bu addım Avropa İttifaqını (Aİ) İsraili dəstəkləməsinə görə qisas tədbiridir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Belçika   Terror  





Xəbər lenti