"Müttəfiqlərimiz açıq şəkildə məni devirməyə çağırırlar" - Paşinyan

   "Müttəfiqlərimiz açıq şəkildə məni devirməyə çağırırlar"    - Paşinyan
  17 Oktyabr 2023    Oxunub:1118
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı diqqət çəkən açıqlamalar verib.
O, deyib ki, Ermənistanın təhlükəsizlik sahəsində olan müttəfiqləri açıq şəkildə ölkədə demokratik hökumətin devrilməsinə çağırışlar ediblər.

Paşinyan Strasburqda Aİ ilə əlaqələri təriflədi, təxribatçı fikirlər səsləndirdi
Baş nazirin sözlərinə görə, Ermənistanda demokratiya eyni ssenari üzrə ciddi zərbələr dəyib və zərbə almaqda davam edir.

Paşinyan Ermənistanın müttəfiqlərinin fəaliyyətsizliyi, daha sonra isə hərbi və ya humanitar vəziyyətdən istifadə edərək ölkədə hakimiyyəti devirmək cəhdlərindən gileylənib.

“Yüz min" erməninin Qarabağdan ölkəmizə keçdiyi dövrdə təhlükəsizlik üzrə müttəfiqlərimiz nəinki bizə kömək etmədilər, hətta Ermənistanda hakimiyyətin dəyişdirilməsi, demokratik rəhbərliyin devrilməsi ilə bağlı açıq çağırışlar etdilər”, - o qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Baş-Nazir   Müttəfiq  





Xəbər lenti