İranda bu gün üçüncü dəfə zəlzələ olub

İranda bu gün    üçüncü dəfə    zəlzələ olub
  17 Oktyabr 2023    Oxunub:1309
İranın cənubunda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

İranda 5,5 bal gücündə zəlzələ olub
Təbii fəlakətin episentri 352 min insanın yaşadığı Bəndər Abbas şəhərindən 30 km şimalda olub. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, bu, gün ərzində bölgədəki üçüncü zəlzələdir. Bundan əvvəl ABŞ Geoloji Xidməti və Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi 5,3 və 5,2 bal gücündə zəlzələlər qeydə alıb.

AzVision.az



Teqlər:   İran   Zəlzələ  





Xəbər lenti