Ermənistanda daha bir eks-nazirlə bağlı cinayət işi açıldı

   Ermənistanda daha bir  eks-nazirlə bağlı cinayət işi açıldı
  18 Oktyabr 2023    Oxunub:855
Ermənistanda daha bir eks-nazir həbs oluna bilər.
Yerli media yazır ki, Baş Prokurorluq Korrupsiya Əleyhinə Məhkəməyə keçmiş mədəniyyət naziri Hasmik Poqosyanla bağlı iş yönləndirib. O, Çaykovski adına məktəbin ərazisinin özəlləşdirilməsi zamanı sui-istifadə hallarına yol verməkdə ittiham olunur.

Ermənistanın Müdafiə Nazirliyinin keçmiş sözçüsü həbs edildi
İş materiallarına görə, Poqosyan öz vəzifə səlahiyyətlərindən dövlət maraqlarına ziyan vurmaqla istifadə edib və saxtakarlığa yol verib.

Onun barəsində iş sentyabrın 27-də açılıb, materialalr isə oktyabrın 4-də Korrupsiyaya Əleyhinə Məhkəməyə göndərilib.

Qeyd edək ki, son illər İrəvan keçmiş nazirlərə qarşı cinayət işləri qaldırır. Dünən isə Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan həbs edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Nazir   Cinayət  





Xəbər lenti