Rusiya səfiri: "Qəzzada vurulan xəstəxana bundan öncə də hücuma məruz qalmışdı"

   Rusiya səfiri:    "Qəzzada vurulan xəstəxana bundan öncə də hücuma məruz qalmışdı"
  18 Oktyabr 2023    Oxunub:1259
Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov Yaxın Şərq münaqişəsi ilə bağlı diqqət çəkən açıqlama verib.
O, Qəzza zolağında raket hücumu nəticəsində dağıdılan Əl-Əhli xəstəxanasının daha əvvəl də vurulduğunu deyib.

"Qəzzada xəstəxananı "İslami Cihad" qruplaşması vurub"
“Bununla əlaqədar qeyd etmək istərdim ki, əldə etdiyimiz məlumata görə, bu xüsusi xəstəxananın vurulması ilk hadisə deyil. Bir neçə gün əvvəl bu xəstəxanaya da zərbə endirilmişdi, amma indiki kimi dəhşətli dağıntı olmamışdı”, - Viktorov qeyd edib.

O, həmçinin Fələstin-İsrail münaqişəsinin gərginləşdiyi zonada yaşayan xristian əhalinin təhlükəsizliyindən narahatlığını da dilə gətirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Qəzza   Xəstəxana   Səfir  





Xəbər lenti