Erməni ordusunda dar tuman qalmaqalı

 Erməni ordusunda  dar tuman qalmaqalı
  19 Oktyabr 2023    Oxunub:1531
Ermənistan Silahlı Qüvvələrinin iqtisadi dayaq bazasının hərbi hissə komandiri və onun əlaltıları barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb. İş ittiham aktının təsdiq edilməsi üçün prokurorluğa verilib.

Ermənistanda korpus və hərbi hissə komandirləri həbs edilib
"Hərbi hissə komandiri V.M. iyul ayında 19,5 milyon dram (təxminən 50 min dollar-red.) məbləğində rüşvətə görə həbs edilib. V.M. "Masisi qarun toxuculuq fabriki"nin direktoru V.E.-nin maraqlarına uyğun qanunsuz hərəkətlərə görə tələb etdiyi 19,5 milyonluq rüşvətin bir hissəsini alıb", - məlumatda qeyd edilib.

Araşdırmaya görə, şirkət 2023-cü ildə Müdafiə Nazirliyi üçün tədarükçü olub və texniki tələblərə cavab verməyən (dar ölçüdə) 70 min alt paltarı təhvil verib. “Buna göz yummaq” üçün bölmə komandiri anbar müdiri vasitəsilə şirkətdən rüşvət olaraq 12 milyon dram tələb edib.

O da məlum olub ki, bu cür əməllər birinci dəfə deyil ki, törədilir. Analoji “xidmətlərə” görə 6,5 milyon və 1 milyon dram məbləğində rüşvət 2022-2023-cü illərdə də alınıb. Söhbət yenə də kiçik ölçülü alt paltarları və qadın ayaqqabılarının tədarükündən gedir. Həmin hallarda da hərbi hissə komandirinə pul anbar rəisi vasitəsilə ötürülüb.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Rüşvət   Əsgər  





Xəbər lenti