Qarabağ erməniləri Şahramanyanı döydülər - VİDEO

   Qarabağ erməniləri Şahramanyanı döydülər    - VİDEO
  20 Oktyabr 2023    Oxunub:1122
Xəbər verdiyimiz kimi Qarabağ erməniləri səhər saatlarından başlayaraq İrəvanda etiraz aksiyası keçirirlər.
Sputnik Armeniya-nın yaydığı məlumata görə, separatçıların İravandakı nümayəndəliyinin qarşısına toplaşan qəzəbli kütlə xuntaya rəhbərliş etmiş Samvel Şahramanyanın "prezident administrasiyasının" rəhbəri Karen Şahramanyana hücum edərək onu döyüb.

Qarabağ erməniləri ilə qırmızı beretlilər arasında toqquşma olub - VİDEO
"Əvvəlcə "administrasiya" nümayəndələri ilə etiraz edən Qarabağ erməniləri arasında münaqişə baş verib. Vəziyyətə Karen Şahramanyan müdaxilə edib və durum daha da gərginləşib.

Polis davanı dayandırmağa çalışsa da, buna nail ola bilməyib. Hazırda nümayəndəliyin girişi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bağlanıb", - məqalədə yazılıb.

Qeyd edək ki, Karen Şahramanyan uzun illər separatçıların şəhərsalma “naziri” olub. O, son illərdə qanunsuz rejimin keçmiş rəhbəri Arayik Arutyunyanın “aparatına” rəhbərlik edib. Qondarma “seçkilərdən” sonra Samvel Şahramanyan onu işdən çıxarmayıb. Yerli media Samvellə Karen Şahramanyanın yaxın qohum olduğunu yazır.

Xatırladaq ki, Qarabağdan Ermənistana könüllü getmiş ermənilər səhər saatlarından aksiya keçirirlər. Onlar keçmiş qondarma qurumun "dövlət qurumları"nın işçilərinə maaş verilməsinin dayandırılmasına etiraz edirlər.

Dünən məlum olub ki, Şahramanyan oktyabrın 1-dən "prezident", "dövlət naziri", "nazirlər" və bir sıra digər yüksək rütbəli "məmurlar" istisna olmaqla, demək olar ki, bütün "dövlət qurumları"nın və tabeli strukturların işçilərinə əməkhaqqının verilməsinin dayandırılması haqqında fərman imzalayıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   Ermənistan  





Xəbər lenti