Qeyd olunur ki, İran nümayəndə heyəti İrəvana oktyabrın 23-də danışıqlar aparmaq üçün gəlib. İran tərəfi erməni tərəfdaşları ilə infrastruktur sahəsində əməkdaşlığın inkişafı ilə bağlı görüşlər keçirəcək.
İran ordusu Ermənistan-Azərbaycan sərhədinə "müşahidəçilər" göndərəcək? |
Mədənçilik və yol tikintisi sektorlarında əməkdaşlığın inkişaf etdirilməsi imkanları da geniş müzakirə edilib.
Qeyd edək ki, İran Ermənistanın ən böyük ticarət tərəfdaşlarından biridir. Tehran xüsusən də 44 günlük müharibədən sonra İrəvanla bütün sahələrdə əməkdaşlığı genişləndirib. Təkcə 2023-cü ilin birinci yarısını götürsək, İran ticarət tərəfdaşı kimi 344 milyon dollarlıq göstərici ilə 5-ci yerdə qərarlaşıb.
Tural Tağıyev
AzVision.az