Niyə "McDonalds" İsrailə görə hücumlara məruz qalır?

   Niyə "McDonalds" İsrailə görə    hücumlara məruz qalır?
  25 Oktyabr 2023    Oxunub:1174
Məşhur "McDonalds" restoranlar şəbəkəsi İsrail Müdafiə Qüvvələrinə (ÇAXAL) dəstək verdiyi üçün müsəlman dünyasında ciddi tənqid və təzyiqlərə məruz qalır. Bu fikirlər Ynet portalında dərc olunmuş məqalədəndir.
"McDonalds Israil" radikal Fələstin yaraqlılarının məlum hücumundan sonra, ÇAXAL əsgərlərinə və tibb müəssisələrinə minlərlə pulsuz yemək verəcəyini açıqladı.

Kartofa görə McDonalds-ı atəşə tutmaqla hədələdi - VİDEO
Bundan əlavə, şirkətin İsrail franşizasının sahibi Omri Padan hərbçilər üçün gündəlik 4 min pulsuz yemək ianə etdiyini deyib.
Bundan sonra bir çox ərəb və müsəlman ölkələrində "McDonalds"a qarşı kütləvi etirazlar və boykot tədbirləri başlayıb. Hətta Türkiyə, Livan və Misirdə şirkətin filiallarına hücumlar da olub.

“McDonalds”ın Fələstinə rəsmi dəstək verən ölkələrdəki filialları isə israilli həmkarlarının hərəkətlərinə görə məsuliyyət daşımadıqlarını və Qəzza zolağının əhalisinə humanitar yardım etdiklərini bəyan ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Fələstin  





Xəbər lenti