Ərdoğan:"Türkiyənin İsraillə heç bir problemi yoxdur, lakin..."

 Ərdoğan:"Türkiyənin İsraillə heç bir problemi yoxdur, lakin..."
  25 Oktyabr 2023    Oxunub:990
"Türkiyənin İsraillə heç bir problemi yoxdur, lakin Fələstinlə bağlı siyasətindən də razı deyil". AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bizim İsrail dövləti ilə heç bir problemimiz yoxdur, lakin biz onun dövlət əvəzinə təşkilat kimi fəaliyyət göstərməsini heç vaxt bəyənməmişik.
Ərdoğan:"Türkiyənin İsraillə heç bir problemi yoxdur, lakin..."


Qəzzada məzlumlara qarşı tarixin ən qəddar hücumlarından birini həyata keçirir. Ölənlərin yarısı uşaqlar, digər yarısı isə onların anaları və ailə ağsaqqallarıdır. Hətta bu, vəhşilik olduğunu göstərmək üçün kifayətdir. İsrailin Qəzzaya hücumları həm cinayətkarların, həm də onları dəstəkləyənlərin psixi pozğunluğunu göstərən bir vəziyyətdir”, - o vurğulayıb.

Ərdoğan yəhudi dövlətinin Qəzza zolağındakı hərəkətlərini dayandırmaq üçün İsrailin baş naziri Benyamin Netanyahuya təzyiq göstərməyə çağırıb.

"Mən sağlam düşüncə və vicdanı olan bütün ölkələri İsrail dövlətinin özünə gəlməsi üçün Netanyahu hökumətinə təzyiq göstərməyə çağırıram".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti