Erməni spiker Rusiyanın təhqirlərindən gileyləndi: "Əks effekt verir"

 Erməni spiker Rusiyanın təhqirlərindən gileyləndi:  "Əks effekt verir"
  25 Oktyabr 2023    Oxunub:1034
Rusiya Federasiyasından Ermənistan hakimiyyətinə qarşı səsləndirilən təhqirlər ölkəmizdə əks effekt verir.
AzVision.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Rusiya çevrilişə hazırlaşır? - Paşinyan "köhnələr"lə bağlı göstəriş verdi
O, Ermənistan-Rusiya münasibətlərinin “qarşılıqlı tənqid mərhələsinə keçib-keçməməsi” ilə bağlı suala cavab verərkən qeyd edib ki, "Bu sualı Rusiya tərəfinə vermək daha düzgün olardı".

Spiker iddia edib ki, guya Ermənistan tərəfi öz ritorikasında həmişə təmkinli olub və bu heç vaxt müttəfiq, tərəfdaşlıq öhdəliklərinə zidd bir formada özünü göstərməyib.

Onun sözlərinə görə, Rusiyanın Birinci Kanalındakı anti-Ermənistan verilişi İrəvana laqeyd münasibətin yeganə nümunəsi deyil.

“Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin “pis rəqqasa nə mane olur” bəyanatı, təbliğatla məşğul olan məşhur şəxslərin birbaşa təhqirləri də var idi”, - Simonyan gileylənib

Qeyd edək ki, son aylar Ermənistan-Rusiya münasibətlərində yaranmış gərginlik pik həddə çatıb. İrəvan rəhbəri Kremlin onu Qərbyönümlü siyasət yürütdüyü üçün aradan götürməyə çalışdığını iddia edir.

Dünən isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Birinci Kanal”da nümayiş olunan “Tutti varisinin gəlincikləri. Nikol Paşinyan: Bəlaların xəbərçisi” verilişi ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

“Tutti varisinin gəlincikləri. Nikol Paşinyan: Bəlaların xəbərçisi” verilişi zamanı Ermənistanın yüksək rütbəli rəsmilərinə qarşı təhqiramiz bəyanatlar səsləndirilib. Verilişdə Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı da aşağılayıcı ifadələr səsləndirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya  





Xəbər lenti