Ərdoğanın "hə"si İsveçi NATO-ya aparacaqmı? - EKSPERTLƏRİN ŞƏRHİ |
O vurğulayıb ki, Macarıstan parlamentində müxalifətin İsveçin NATO-ya qəbulu barədə səsvermənin keçirilməsi ilə bağlı təklifi səs çoxluğu qazanmayıb və müvafiq təklifə yalnız noyabr ayında baxıla bilər.
Sənədin gündəliyə salınmamasına səbəb isə mandat çoxluğuna malik olan hakim “FİDES - Macarıstan Vətəndaş Birliyi” partiyası olub.
Xatırladaq ki, bir müddət öncə Macarıstanın baş naziri Viktor Orban hökumətin Finlandiya və İsveçin NATO-ya qoşulmasını dəstəkləyini bəyan etmişdi. Lakin Macarıstan parlamentinin üzvləri onu ratifikasiya etməkdə həvəsli deyillər. Çünki bu ölkələrin hakimiyyət orqanları Macarıstan haqqında “utanmadan yalanlar” yayırlar.
Oktyabrın 24-də isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədini Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərib.
Qeyd edək ki. Finlandiya və İsveç Ukraynada baş verən işğal hadisələri fonunda 2022-ci ilin mayında hərbi alyansa qoşulmaq üçün ərizə təqdim ediblər. Finlandiya Türkiyənin xeyir-duası ilə aprelin 4-də NATO-nun 31-ci üzvü olsa da, İsveçin müraciəti hələ də Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib.
Tural Tağıyev
AzVision.az