Kiyev şokda: Hökumətdə rusların agent şəbəkəsi ifşa edildi- VİDEO |
Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin sözlərinə görə, məmurlar sərhəddən keçid qaydalarını pozublar. O, həmçinin keçid məntəqələrindən kənarda sərhədi qanunsuz keçmə cəhdlərinin sayının “bir qədər artdığını” vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin fevralından Ukraynada ümumi səfərbərlik müddəti dəfələrlə uzadılıb. Hərbi yaşda olan kişilərin xidmətdən yayınmasının qarşısını almaq üçün onların xaricə getməsi qadağan edilir.
Xatırladaq ki, Ukrayna müharibəsi başlayandan ölkədən qaçmağa cəhd edən xeyli sayda vətəndaş saxlanılıb. Ukrayna Təhlükəsizlik Xdiməti (UTX) hətta məmurlar arasında xeyli sayda rus agentini və ya hərbi sirrləri yayan vətən xainlərini ifşa edən əməliyyatlar reallaşdırıb.
Tural Tağıyev
AzVision.az