Qazaxıstanda oktyabrın 29-nu matəm günü elan edildi

   Qazaxıstanda oktyabrın 29-nu matəm günü elan edildi
  28 Oktyabr 2023    Oxunub:1180
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev oktyabrın 29-nu Karaqanda vilayətində baş vermiş mədən qəzasında həlak olanların xatirəsinə Ümumxalq Matəm Günü elan edib.
Bu barədə AzVision.az Qazaxıstan liderinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qazaxıstanda şaxtada ölənlərin sayı 32-yə çatıb - YENİLƏNİB
Bildirilib ki, Tokayev faciədə həlak olan mədənçilərin ailələri və yaxınları ilə görüşüb, başsağlığı verib.

Tokayev vurğulayıb ki, qəzanın baş vermə şəraiti aydınlaşdırılacaq, mədənçilərin, xəsarət alanların və ölənlərin ailələrinə lazımi köməklik göstəriləcək.

AzVision.az



Teqlər:  





Xəbər lenti