Mahaçqala hava limanı tam fəaliyyətini bərpa edib

   Mahaçqala hava limanı tam fəaliyyətini bərpa edib
  30 Oktyabr 2023    Oxunub:1099
Mahaçqalanın "Uytaş" hava limanı tam fəaliyyətini bərpa edib. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin Telegram kanalında məlumat verilib.
Eyni zamanda, bəzi aviaşirkətlərin uçuşları müvəqqəti olaraq Rusiyanın digər şəhərlərinə də istiqamətləndiriləcək.
Putin Mahaçqala hadisələri ilə bağlı iclasa hazırlaşır


Oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Mahaçqala hava limanında Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə bağlı kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və aerodrom ərazisinə daxil olub və daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oradan çıxarılıb. Son məlumatlara görə, polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan yaralanıb, 60 iğtişaşçı saxlanılıb. Dağıstan hakimiyyəti və dini liderlər hadisəni təxribatla əlaqələndirərək pisləyiblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti