Rusiya uşaqları qarajında zorlayan pedofili axtarır

   Rusiya uşaqları qarajında zorlayan pedofili axtarır
  30 Oktyabr 2023    Oxunub:949
Rusiyada uşaqları qarajına aparan pedofil axtarışa verilib. "Life Shot" Telegram kanalının yaydığı məlumata görə, hadisə Xabarovsk yaxınlığında baş verib.
Qeyd edilir ki, şübhəli şəxs İlyinka kəndində "fəaliyyət" göstərirmiş. Pedofil kiçik qızları küçədə tutaraq qarajına sürükləyib və orada balacaları zorlayıb.

Fransada pedofillik biabırçılığı: 10 mindən çox uşaq keşişlərin qurbanı olub
Hazırda iki uşağın onun qurbanına çevrilməsinə dair faktlar var. Qızlar səkkiz və doqquz yaşlı bacılar olub. Uşqlar valideynlərinə tanımadığı birinin onları qaraja apararaq zorladığını söyləyiblər.

Hadisə ilə bağlı cinsi zorakılıq maddəsi ilə cinayət işi açılıb. Şübhəli rusu 20 ilə qədər həbs gözləyir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları pedofilin mürəkkəb eskizini tərtib edirlər.

Xatırladaq ki, iki ay öncə Rusiyanın İjevsk şəhərində də təhlükəli pedofil peyda olmuşdu. Həbs olunan manyak 15 yaşlı qızı evində saxlayırmış. Qız pəncərədən tullanaraq qaçmağı bacarsa da onurğası sınmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Qaraj   Pedofil  





Xəbər lenti