Makron urana görə Mərkəzi Asiyaya gəlir

   Makron urana görə Mərkəzi Asiyaya gəlir
  31 Oktyabr 2023    Oxunub:1213
Fransa prezidenti Emmanuel Makron Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaq üçün Qazaxıstana gedəcək. Bu barədə Bloomberg xəbər agentliyi məlumat yayıb.
“Fransa prezidenti Emmanuel Makron bu həftə ölkənin nüvə reaktorlarını təmin edən uran tədarükçüləri Qazaxıstan və Özbəkistana baş çəkmək üçün enerji ilə zəngin Mərkəzi Asiyaya səfər edəcək. Səfərin məqsədi Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaqdır”, - agentlik qeyd edir.
"Üç xəbərdarlıqdan sonra alnına atəş açın" - Kadırov


Fransanın enerji sisteminin çox hissəsi urandan yanacaq kimi istifadə edən atom elektrik stansiyalarından asılıdır.

Fransa əvvəllər Qərbi Afrikadakı keçmiş müstəmləkələrindən uran alırdı, lakin Mali və Nigerdəki dövlət çevrilişlərindən sonra bu ölkələr Fransa ilə bütün sahələrdə əməkdaşlığı azaldıblar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti