Makron Qazaxıstanı Ukraynaya görə tərifləyir - "Reuters"

   Makron Qazaxıstanı Ukraynaya görə tərifləyir    -  "Reuters"
  01 Noyabr 2023    Oxunub:954
"Fransa prezidenti Emmanuel Makron qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevlə Astanada keçirdiyi görüşdə bu ölkənin Ukrayna münaqişəsinə yanaşmasını dəstəkləyib".
Bu fikirlər "Reuters"də dərc olunan məqalədəndir. Agentliyin məlumatına görə, Fransa lideri səfər zamanı Qazaxıstanla mühüm işgüzar sazişlərin imzalandığını da bəyan edib.

Makronun casusluq mərəzi
“Biz mühüm beynəlxalq məsələlərdə irəliləyişə nail ola biləcək, BMT nizamnaməsinə və ərazi bütövlüyü, milli suverenlik kimi prinsiplərə sadiqliyimizi vurğulayacağıq”, – Makron Tokayevlə görüşdə deyib.

Müəllif məqalədə qeyd edir ki, Fransa prezidenti Qazaxıstanı boşuna tərifləmir. Buna səbəb qazaxların Ukrayna məsələsində Moskvanın yanında olmaqdan imtina etməsidir. Agentlik vurğulayır ki, Avropa üçün bu ölkə artıq Rusiyanın enerji resurslarından imtina fonunda alternativ neft tədarükçüsünə, eləcə də Rusiyadan yan keçən Çin-Avropa İttifaqı marşrutunun mühüm halqasına çevrilib.

Xatırladaq ki, Makronun Asiya səfərindən öncə Bloomberg nəşri Fransa prezidentinin enerji təhlükəsizliyini yaxşılaşdırmaq üçün Qazaxıstana gedəcəyini yazmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Qazaxıstan  





Xəbər lenti