Pəhləvi iranlıların bölgədə İsrail və ərəb hökumətləri ilə heç bir probleminin olmadığını vurğulayıb. O, İran xalqı ilə yəhudilər arasında tarixi əlaqələri yüksək qiymətləndirib və qeyd edib ki, İsrail İran üçün "gözəl strateji müttəfiq" ola bilər. Təl Əviv İrandakı müxtəlif problemlərin, o cümlədən su böhranının həllində əməkdaşlıq edə bilər.
Şahzadə Pəhləvi: İran rejiminin devrilməsinə təsirli töhfə verə bilərik |
"Bununla da Amerika hökuməti İranı düşmənçilik hərəkətlərinə görə mükafatlandırıb. ABŞ-ın bu hərəkətinin nəticəsi İranı girov siyasətini davam etdirməyə təşviq etməkdir. Barak Obamanın prezidentliyi dövründə müşahidə olunduğu kimi, ABŞ-ın blokdan azad etdiyi pullar İran xalqının həyat səviyyəsinin yaxşılaşdırılmasına sərf edilmir və Tehran bu vəsaitdən regiondakı vəkil qruplarını maliyyələşdirmək üçün istifadə edir. Beynəlxalq ictimaiyyət bu qənaətə gəlməlidir ki, hazırki problemləri həll etmək üçün onun kökünü, yəni İrandakı mövcud rejim və hökuməti məhv etmək lazımdır. İrana qarşı tətbiq edilən sanksiyaların yarısından çoxu, xüsusən də neft satışı sahəsində həyata keçirilməyib və Tehran neft sövdələşmələrindən əldə olunan gəlirləri HƏMAS və Hizbullah kimi vasitəçi qruplarını dəstəkləmək üçün istifadə edir” - Pəhləvi deyib.
AzVision.az