İrəvanda dövlət çevrilişinə hazırlaşan dəstə yaxalanıb - VİDEO

İrəvanda   dövlət çevrilişinə hazırlaşan dəstə yaxalanıb  - VİDEO
  02 Noyabr 2023    Oxunub:1384
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) hökumət binalarını partlatmağa və ələ keçirməyə hazırlaşan təhlükəli cinayətkar dəstəni yaxalayıb.
AzVision.az xəbər verir ki, bu barədə MTX-nin mətbuat xidməti məlumat yayıb.

Erməni spikerdən xəbərdarlıq: "Parlament terroru təkrarlana bilər"
Qeyd edilir ki, məlum dəstəyə qarşı açılmış işin materiallarına görə, beş nəfər (A. M., S. M., E. Ç., V. V., K. S.,) və bir neçə hələlik şəxsiyyəti müəyyənləşməmiş naməlum şəxs 2023-cü il ərzində terror aktları ilə bağlı hazırlıqlar görüblər.

Məlumata görə, cinayətkar birliyin tərtib etdiyi planlara partlayışlara hazırlıq, habelə dövlət orqanlarının işini pozmaq məqsədi ilə hökumət və digər binaların zəbt edilməsi daxil imiş. Onlar bunun üçün xüsusi materiallar, təhlükəli məhsul və vasitələr alıblar.

Xatırladaq ki, oktyabrın 27-də Ermənistan parlamentinin spikeri Alen Simonyan Milli Assambleyada terror ehtimalı ilə bağlı diqqət çəkən fikirlər səsləndirmişdi.
O, jurnalistlərə açıqlamasında deyib ki, ölkədə 1999-cu il 27 oktyabr faciəsinin təkrarlanması təhlükəsi yaranıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Terror  





Xəbər lenti