ABŞ İsrailə veriləcək silahların zorakılığı artıracağından qorxur - “The New York Times”

   ABŞ İsrailə veriləcək silahların zorakılığı artıracağından qorxur -     “The New York Times”
  06 Noyabr 2023    Oxunub:1087
"ABŞ səlahiyyətliləri on minlərlə odlu silahın İsrailə ötürülməsi nəticəsində bu ölkədə zorakılıq hallarının artacağından qorxurlar".
Bu fikirlər “The New York Times”da dərc olunan məqalədəndir. Qəzet Amerika administrasiyasındakı mənbələrinə istinad edib.

"Politico" Baydenin İsrail problemlərindən yazdı - ABŞ nəyi gözləmirdi?
Nəşrin məlumatına görə, İsrail Amerika silah istehsalçılarına 24 minə yaxın avtomatik və yarımavtomat olan atıcı silahlar sifariş verib. Belə böyük sifarişə "hə" cavabı isə Dövlət Departamenti və ABŞ Konqresindən gələn razılıq əsasında olmalıdır.

Qeyd edilir ki, silahların çatacağı əsas ünvan İsrail polisi olmalıdır. Lakin yerli hakimiyyət onların bir hissəsinin mülki şəxslərə verilə biləcəyini istisna etməyib.

Bir sıra amerikalı qanunvericilər ABŞ prezidenti Co Bayden administrasiyasından İsrailin sifariş etdiyi silahların yanlış əllərə keçməyəcəyinə dair zəmanət tələb ediblər.

Dövlət Departamenti “The New York Times”ın sorğusuna cavab olaraq bəyan edib ki, bütün Amerika silahları İsrailin “Daxili Təhlükəsizlik Nazirliyinin nəzarətində olan bölmələr” göndəriləcək. Lakin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir ötən ay 7 oktyabr hadisələrinin təkrarlanmaması üçün İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinin sakinlərinə silah yardımı edəcəyinə söz verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   ABŞ   Silah  





Xəbər lenti