İsrail quru qoşunları HƏMAS-la birbaşa toqquşmalara başlayıb - "The Guardian" |
“Anladığımız qədəri ilə, onlar düşündüklərini həyata keçirirlər. Lakin bu, yəhudilərin özlərinin hazırladıqları planlardır”, - amerikalı rəsmi qeyd edib.
Məqalədə o da qeyd olunub ki, ikili dilemma hərbi əməliyyatları cilovlamağa və Qüdsə kömək etməyə çalışan ABŞ administrasiyası üçün yaranmış hazırki çətin vəziyyəti daha da gərginləşdirir.
Lakin rəsmilər hökumətin bu xaotik çaşqınlıqla mübarizə aparmaq üçün planlarının olduğuna əminliyini ifadə ediblər.
Xatırladaq ki, dünən ABŞ-ın vitse-prezidenti Kamala Harris diqqət çəkən açıqlamalar vermişdi. O qeyd edib ki, ABŞ İsraili avadanlıq və məsləhətləri ilə dəstəkləyir, lakin ona müharibənin necə aparılacağını demir: “Bizim İsrailə və ya Qəzzaya qoşun göndərmək niyyətimiz, planımız qətiyyən yoxdur”.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun ardınca terrorçular sərhəddəki keçilməz səddləri-maneə divarlarını yararaq İsrail ərazisinə sıza bildilər. Onlar xeyli sayda hərbçini əsir və dinc sakini girov götürdülər.
Belə bir faciəvi mənzərə fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan etdi. İsrailin Baş naziri Benyamin Netanyahu isə ölkənin müharibə vəziyyətində olduğunu açıqladı.
Tural Tağıyev
AzVision.az