Hakan Fidanın Blinkenlə görüşündə diqqət çəkən o an - Video

   Hakan Fidanın Blinkenlə görüşündə diqqət çəkən o an -    Video
  06 Noyabr 2023    Oxunub:1145
Xəbər verdiyimiz kimi, bu gün Ankarada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin XİN rəhbəri Hakan Fidanla görüşüb.
Görüşdən öncə qarşılama zamanı Türkiyənin XİN rəhbəri onu qucaqlamaq istəyən Blinkenə əl uzatmaqla kifayətlənib.
Blinken Türkiyədəki danışıqları məhsuldar adlandırıb


Həmçinin bildirilir ki, Blinkeni Ankarada qarşılayanlar arasında yüksək vəzifəli şəxslər olmayıb. Platformanın işıqlandırılmaması da diqqət çəkib.

Sosial şəbəkə istifadəçilərinin hava limanında dövlət katibini ABŞ-ın Ankaradakı səfiri Cefri Fleykin əli cibində qarşılaması da gözdən yayınmayıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti