Qriqoryan Moskvaya getməkdən imtina etdi

   Qriqoryan Moskvaya getməkdən imtina etdi
  07 Noyabr 2023    Oxunub:982
Ermənistan Rusiyaya qarşı növbəti dəfə soyuq münasibət sərgiləyib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin Moskvada keçiriləcək görüşündə iştirak etməyəcək. Bu barədə “Armenpress” agentliyinə Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan məlumat verib.

Paşinyan MDB-nin Bişkek sammitində iştirak etməyəcək
Təhlükəsizlik Şurası katibləri formatında növbəti görüş noyabrın 8-də Rusiya paytaxtında baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan MDB-nin Bişkek sammitində iştirak etməmişdilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan  





Xəbər lenti