ÇAXAL HƏMAS-ın strateji məntəqəsini ələ keçirib

ÇAXAL HƏMAS-ın strateji məntəqəsini ələ keçirib
  07 Noyabr 2023    Oxunub:948
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağındakı strateji hədəflərinə dəqiq idarə olunan sursatlarla hücumlar həyata keçiriblər.
AzVision.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsraildən "uşaq qəbiristanlığı" fikrinə cavab: "Quterreş, ayıb olsun!"
Qeyd olunur ki, ÇAXAL Qəzzanın şimalında HƏMAS silahlılarının mühüm mövqeyinə də nəzarəti ələ keçirib. Mətbuat xidmətinin məlumatına görə, hərbi məntəqənin ərazisində tank əleyhinə raket və buraxılış qurğuları, silahlar, müxtəlif kəşfiyyat materialları olub.

“Yerüstü əməliyyatlar keçirən hərbçilərlə koordinasiyada hərəkət edən ÇAXAL qırıcısı təxminən 10 terrorçunun olduğu hücrəni vurub. Bundan sonra quru qoşunları yaxınlıqda fəaliyyət göstərən tank əleyhinə raket buraxılış qurğusunu aşkar ediblər. Qoşunlar terror qruplaşmasına hava zərbəsi endirmək üçün ÇAXAL-ın qırıcı təyyarəsini göndəriblər”, - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ÇAXAL   HƏMAS  





Xəbər lenti