Nazir Fələstinlə bağlı məqalə dərc etdi, işdən qovuldu

   Nazir Fələstinlə bağlı məqalə dərc etdi,    işdən qovuldu
  13 Noyabr 2023    Oxunub:1037
Böyük Britaniyanın baş naziri Rişi Sunak daxili işlər naziri Suella Bravermanı vəzifəsindən azad edib.
"Sky News"un yaydığı məlumata görə, buna səbəb nazirin "The Times"da məqalə dərc etməsi olub. Hansı ki, yazıda Fələstinə dəstək aksiyasında polisin hərəkətləri tənqid olunub.

The Sun: Sunak Britaniya qanunlarının sərtləşdirilməsini planlaşdırır
“Baş nazir xanım Braverman polisin əməliyyat müstəqilliyini pozmaq və ictimaiyyətin onlara olan inamını sarsıtmaqda ittiham edildikdən sonra hərəkətə keçməyə məcbur olub”, - nəşr yazıb.

Sky News-a görə, tənqidçilər -həm müxalifət partiyalarından, həm də mühafizəkarlardan olanlar Bravermanın fikirlərini "təhqiredici" və "qıcıqlandırıcı" adlandırıblar.

Keçmiş nazir məşhur qəzet üçün yazdığı məqalədə Fələstin tərəfdarlarının etirazlarını “nifrət yürüşləri” kimi qiymətləndirib. O həmçinin etirazçıları Şimali İrlandiyadakı İrlandiya respublikaçılarının davranışları ilə müqayisə edib.

Braverman hüquq-mühafizə orqanlarının belə hadisələrə şərait yaratmaqla solçu qüvvələrlə əlbir olduğunu da bildirib.

Xatırladaq ki, Londonda 300 mindən çox insanın iştirakı ilə Qəzza zolağında müharibəyə qarşı böyük mitinq keçirilib. Polislə toqquşma nəticəsində 92 ifrat sağçı fəal həbs edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Nazir   Britaniya   Fələstin  





Xəbər lenti