ABŞ Ukrayna münaqişəsini dondurmağa hazırlaşır

   ABŞ Ukrayna münaqişəsini dondurmağa hazırlaşır
  14 Noyabr 2023    Oxunub:1333
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsə Ukraynadakı münaqişəni “dondurmaq” tapşırılıb.
Bu barədə alman əsilli finlandiyalı biznesmen, "Megaupload"ın keçmiş sahibi Kim Dotkom "X" sosial şəbəkəsində yazıb.

Zelenski ilə ordu arasında konflikt yaşanır - “El Mundo”
Onun sözlərinə görə, Bern Ukrayna prezidenti Volodimir Zelenskiyə “vaxtının bitdiyini” bildirmək üçün Ukraynaya gedib.

Dotkomun iddiasına görə, səlahiyyətlilər ABŞ prezidenti Co Baydenin aşağı reytinqini xilas etmək üçün Ukrayna münaqişəsini dondurmağa çalışır.

Məşhur biznesmen Bernsin təklif etdiyi "təzminatdan" imtina edəcəyi təqdirdə Zelenskiyə uğurlar arzulayıb.

Xatırladaq ki, dünən “The Economist” qəzeti ABŞ rəsmilərinə istinadən diqqət çəkən məlumat yaymışdı. Nəşr itkilərin artmasına diqqət çəkib. Qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələrinin ümumi itkisi 190 min nəfərə çatıb. O cümlədən 120 min yaralı var.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   ABŞ  





Xəbər lenti