Lukaşenkodan Paşinyana: "Tələsmə Nikol..."

 Lukaşenkodan Paşinyana:  "Tələsmə Nikol..."
  14 Noyabr 2023    Oxunub:1717
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanın Minskdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitində iştirakdan imtina etməsinə adi reaksiya verib və ona tələsik qərarlar qəbul verməməyi təklif edib.
Bu barədə “RİA Novosti”yə Belarus liderinin mətbuat katibi Natalya Eysmont bildirib.

Paşinyan KTMT-nin iclasında iştirakdan imtina etdi
"Bəzi digər tanınmış siyasətçilərin oxşar vəziyyətlərindəki təcrübələrinə və hərəkətlərinə əsaslanaraq Prezident (Aleksandr Lukaşenko-red). Ermənistan Baş nazirinə tələsməməyi, tələsik qərarlar qəbul etməməyi, parçalanmaya yönəldilə biləcək növbəti addımları ciddi şəkildə düşünməyi təklif etdi",- Eysmont bildirib.

Lukaşenkonun Paşinyanın gəlməkdən imtina etməsindən sonra sakitliyi bu cür tədbirlərin istənilən dövlətin rəhbərinin işi olduğunu başa düşməklə bağlıdır. O, oxşar dəvətlərin digər ölkələrin liderlərinə də göndərildiyini xatırladıb.

Qeyd edək ki, Paşinyan KTMT sammitində iştirak edə bilməyəcəyini açıqlayıb.

Bu qərarla bağlı danışan Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ermənistanın baş nazirinin sammitdə iştirakdan imtina etməsindən təəssüflənir.

AzVision.az



Teqlər:   Belarus   Ermənistan  





Xəbər lenti