Saakaşvili: "Ruslara ölkəni tərk etmək üçün vaxt veriləcək"

      Saakaşvili:    "Ruslara ölkəni tərk etmək üçün vaxt veriləcək"
  15 Noyabr 2023    Oxunub:1147
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili diqqət çəkən fikirlər səsləndirib.
O, sosial şəbəkə hesabında yazıb ki, ölkədə hakimiyyət dəyişikliyindən sonra Rusiya vətəndaşlarına yaşamaq icazəsinin verilməsi proseduru ləğv ediləcək.

"Mən Putinin və onun yerli kuklalarının hərbi əsiriyəm" - Saakaşvili
“Gürcüstanda hakimiyyətə milli hökumət gələndən sonra ruslar üçün asanlıqla vətəndaşlıq və yaşayış icazəsi almağın yolları ləğv ediləcək”, - Saakaşvili qeyd edib.

Keçmiş dövlət başçısı vurğulayıb ki, daşınmaz əmlakın satışını təşviq etməklə ruslara “ölkəni tərk etmək üçün vaxt veriləcək”.

Onun sözlərinə görə, Gürcüstanın mövcud hakimiyyəti Rusiya vətəndaşlarını turist kimi deyil, daimi sakin kimi qəbul edir. Saakaşvili hesab edir ki, hadisələrin bu cür inkişafı yolverilməzdir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Saakaşvili   Rusiya   Gürcüstan  





Xəbər lenti