AzVision.az xəbər verir ki, bu barədə
Life Shot məlumat yayıb .
Qeyd edilir ki, noyabrın 15-i axşam saatlarında Jiqulevsk şəhərinin yaşlı sakini Privoljskaya küçəsində yerləşən hərbi komissarlığı yandırmağa cəhd edib: "Yanğın sahəsi 0,5 kvadratmetr olub. Qapılar yüngül yanıb. 67 yaşlı təqaüdçü qadın polis tərəfindən saxlanılıb. O, dindirmə zamanı izah edib ki, naməlum şəxslər telefonla onu mənzilini xilas etmək üçün yanğın törətməyə inandırıblar. Qadını aldadıblar ki, guya hərbi komissarlığın yerləşdiyi binada daşınmaz əmlak sənədləri saxlanılırmış".
Xatırladaq ki, bundan əvvəl Nijni Novqorod vilayətində
hərbi komissarlıqda yanğın törədən ana və oğul saxlanılmışdı.
İyul ayında isə Kazanda yaşayan
təqaüdçü hərbi komissarlığı yandırdığı üçün saxlanılmışdı.
Hətta yerli polis
seks xidmətə görə belə hərbi komissarlığı yandırmaq istəyən həbs edilib.
Ukrayna müharibəsi başlayandan bu günə kimi Rusiyanın ayrı-ayrı bölgələrindəki hərbi komissarlıqlarda
yanğın halları xeyli artıb.
Tural Tağıyev
AzVision.az