Paşinyan: "Hərbi büdcəmizi sülh hazırlığı üçün artırırıq"

      Paşinyan:    "Hərbi büdcəmizi sülh hazırlığı üçün artırırıq"
  16 Noyabr 2023    Oxunub:1486
"Ermənistanın müdafiə büdcəsinin artırılması digər ölkələrə, o cümlədən Azərbaycana qarşı yönəlməyib".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan parlamentində çıxışı zamanı deyib. O qeyd edib ki, hərbi büdcənin artırılması müharibəyə deyil, sülhə hazırlıqdır:

Fransa nişan altında: İrəvana silah vermək nəyi dəyişəcək?
"Çünki vətəndaşların təhlükəsizlik hissi sülh və sabitliyin ən mühüm təminatıdır. Əminəm ki, bütün qonşu dövlətlərimiz də əmindir ki, biz heç kimə hücum etməyəcəyik”, - Paşinyan deyib.

Qeyd edək ki, Ermənistan 2024-cü ilin büdcəsində müdafiə xərclərini 7% artırmağı planlaşdırır. Respublika həmçinin Avropa İttifaqı ilə Ermənistan ordusuna qeyri-öldürücü silahların tədarükü mövzusunda danışıqlar aparıb və Paşinyan Ermənistanın silah təchizatı kanallarını diversifikasiya edəcəyini bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Paşinyan   Ermənistan   Silah  





Xəbər lenti