Zelenski Qəzzaya görə az yardım aldığını etiraf etdi - "Bloomberg"

   Zelenski Qəzzaya görə az yardım aldığını etiraf etdi -    "Bloomberg"
  17 Noyabr 2023    Oxunub:1424
"Vladimir Zelenski etiraf edib ki, Qərb ölkələri Kiyevə yardımı dayandırsa, Ukrayna qoşunları geri çəkilməyə məcbur olacaq".
Bu fikirlər "Bloomberg"də dərc olunan məqalədəndir.

Ukraynaya kim nə qədər yardım edib - STATİSTİKA
Zelenski gileylənib ki, Qərbin diqqətinin Fələstin-İsrail münaqişəsinə yönəlməsi səbəbindən Ukrayna ordusuna mərmilərin tədarükü və digər yardımlar səngiyib. Xüsusilə, indi Ukrayna Silahlı Qüvvələrinə daha az 155 mm-lik mərmi göndərilir. Bununla belə, Zelenski xalqı əmin edib ki, bu problemin həlli üzərində işləyir.

Xatırladaq ki, Zelenski dünən ABŞ-ın Ukrayna iqtisadiyyatının bərpası üzrə xüsusi nümayəndəsi Penni Pritzkerlə görüşmüşdü. KİV-in məlumatına görə, danışıqlar zamanı əsasən Amerikanın Kiyevə yardımı ilə bağlı məsələlər müzakirə olunub.

“Ukrainskaya Pravda”nın yaydığı məlumata görə, dialoq zamanı Pritzker Zelenskiyə Vaşinqtonun dəstəyinin müəyyən vaxtda dayandırılması riskinin olduğunu deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Yardım  





Xəbər lenti