"Qəzzadan heç nə qalmayıb" - Ərdoğan |
İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi cümə günü bildirib ki, hazırda Qəzza zolağında HƏMAS tərəfindən girovların azad edilməsi ilə bağlı razılıq əldə olunmayıb.
Qeyd edək ki, HƏMAS-ın elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb.
Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub, burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin 200-dən çox insanı girov götürüb.
İsraildə səlahiyyətlilərin son məlumatlarına görə, təxminən 1,2 min adam öldürülüb. Bu rəqəmə mülki vətəndaşlar, əsgərlər, xarici vətəndaşlar və işçilər daxildir və 5 mindən çox yaralı olduğu da bildirilir.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşan əraziləri nəzarətə götürüb və zolağındakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib.
Oktyabrın sonunda İsrailin anklavda əməliyyatının quru mərhələsi başlayıb. Qəzza şəhəri İsrail quru qüvvələri tərəfindən mühasirəyə alınıb və anklav faktiki olaraq cənub və şimal hissələrə bölünüb. İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 11,5 mini keçib, 29 mindən çox insan yaralanıb.
Şahanə Rəhimli
AzVision.az