Makron Ukrayna məsələsində "U" dönüşü etdi - "Politico" |
"Emmanuel Makronun məsləhətçiləri arasında Yelisey sarayında klan müharibəsi ola bilərmi?" sualını qoyan “Europe 1”-in əməkdaşı hazırda sarayda “klan döyüşləri ilə yanaşı hesablaşmalar” mühitinin də hökm sürdüyünü etiraf edib.
Bu situasiya Makronu kadr dəyişikliyinə getməyə məcbur edəcək. Fransa prezidenti hətta administrasiyanın baş katibi Aleksis Koleri də işdən çıxara bilər.
“Le Monde” qəzeti də dövlət başçısının müşavirləri arasında klan savaşının başlamasına diqqət çəkib.
Frederik Mişel
Nəşr yazıb ki, bu daxili çəkişmələr, xüsusən də dövlət başçısının ətrafında olanların bir hissəsinin Frederik Mişel adlı şəxsə inamsızlığı ilə alovlanır.
Mişel Makronun Xüsusi Kommunikasiyalar və Strategiya üzrə müşaviridir. O, "Le Monde"yə müsahibəsində siyasi “qısqanclıq”ları və “klan müharibəsi”ni pisləyib.
Tural Tağıyev
AzVision.az