Blinken təsdiqlədi: HƏMAS bir neçə amerikalını azad edəcək

      Blinken təsdiqlədi:    HƏMAS bir neçə amerikalını azad edəcək
  22 Noyabr 2023    Oxunub:1050
ABŞ dövlət katibi Antoni Blinken İsraillə razılaşmaların həyata keçirilməsinin ilk mərhələsində Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən azad ediləcək 50 girov arasında amerikalıların da olacağını təsdiqləyib.
Qəzzada humanitar atəşkəs : HƏMAS onlarla girovu azad edir
Bu barədə o, "X" səhifəsində paylaşım edib. “Biz amerikalılar da daxil olmaqla Qəzzadan olan 50 girovun azad edilməsini alqışlayırıq. Mən Qətərə tərəfdaşlığına görə təşəkkür edirəm və İsrailin Qəzzada fələstinlilərə əlavə humanitar yardımın çatdırılmasına imkan verəcək atəşkəsə verdiyi dəstəyi yüksək qiymətləndirirəm”.

Vaşinqton administrasiyasının yüksək rütbəli rəsmisinin daha əvvəl dediyi kimi, Birləşmiş Ştatlar razılaşma çərçivəsində tezliklə azad ediləcək girovlar arasında ən azı üç amerikalının olacağını gözləyir.


AzVision.az


Teqlər:  





Xəbər lenti