İsveçin müdafiə naziri: "Rusiya bizə təhdid deyil"

    İsveçin müdafiə naziri:    "Rusiya bizə təhdid deyil"
  22 Noyabr 2023    Oxunub:1341
İsveçin müdafiə naziri Pol Conson “The Guardian”a diqqət çəkən açıqlamalar verib.
O, müsahibəsində Rusiyanı təhdid kimi qələmə vermək istəmədiyini deyib.

ABŞ Konqresi: ABŞ Rusiya və Çinə qarşı eyni vaxtda münaqişəyə hazır olmalıdır
“Biz Rusiyanı təhdid kimi qələmə vermək istəmirik. Çünki Rusiya Ukraynada dayanıqlılığını nümayiş etdirdi”, - Yunson qeyd edib.

Onun sözlərinə görə, İsveç təhlükəsiz ölkə olması üçün ən qısa zamanda Şimali Atlantika Alyansına (NATO) üzv olmalıdır. Conson bunun nə vaxt baş verəcəyini deyə bilməsə də, Türkiyə və Macarıstanın sonda İsveçin NATO-ya daxil olmasını təsdiqləyəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq də oxşar açıqlama vermişdi. O, "NATO Rusiyadan hərbi təhlükə görmür" deyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   İsveç   NATO  





Xəbər lenti