Bir vaxt "əsl insan" idi, indi düşməndir - Zatulini niyə silirlər? |
"Paşinyan hakimiyyətə gəldikdən sonra xəbərdarlıqlar edəndə mənə belə cavab verdilər: sən reallıqla ziddiyyət təşkil edən şeyi deyirsən. Axı onu xalq dəstəkləyir. Biz ümumiyyətlə müxalifətlə əməkdaşlıq edə bilmirik, prinsipial xəttimiz var. Bu ölkənin rəhbərləri, rəsmi orqanlarla işləyirik... 2020-ci ildə o, hərbi əməliyyatlarda uğursuzluğa düçar oldu. Məncə, Paşinyan bu uğursuzluqları məqsədli edib. Çünki Qarabağdan qurtulmalı idi”, - Zatulin qeyd edib.
Onun sözlərinə görə, yalnız Paşinyan 2021-ci ildə növbədənkənar parlament seçkiləri keçirmək qərarına gəldikdən sonra müxalifət Rusiyaya üz tutub. Həmin siyasi qüvvələr Kremldən hansısa formada onlara aşkar dəstək nümayiş etdirməyi xahiş ediblər. Lakin Rusiya tərəfi Ermənistan müxalifətinin hakimiyyətə gələcəyi təqdirdə, noyabrın 9-da İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli bəyanatdan imtina edə biləcəyini əsas gətirərək bununla razılaşmayıb.
Məlum tarixi razılaşmadan imtina isə yeni müharibəyə səbəb ola bilərdi: “Biz cavab olaraq dedik ki, bu heç bir halda mümkün deyil! Nə danışırsınız?! Paşinyanın başına bir iş gəlsin? Axı o, müharibənin dayandırılması ilə bağlı müqaviləni imzalayan üç nəfərdən biridir. Nikol getsəydi, yenidən müharibə başlayacaqdı və biz də prosesə qarışacaqdıq. Biz isə belə prosesə cəlb olunmaq istəmirdik. Rusiyanın öz işi var. Ona görə də ona toxunmayın!”.
Qeyd edək ki, Zatulin son bir ildə Nikol Paşinyanın əleyhinə bir neçə dəfə sərt açıqlamalar verib.
Tural Tağıyev
AzVision.az