Xan yenə məhkəmə qarşısına çıxacaq
Bir gün əvvəl Pakistan paytaxtının Ali Məhkəməsi dövlət sirri haqqında qanunu pozmaqda ittiham olunan İmran Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşiyə qarşı məhkəmə prosesini qanunsuz, səhv və etibarsız elan edib.
İslamabad məhkəməsi keçmiş baş nazir və keçmiş xarici işlər nazirinin iştirakı ilə keçirilən açıq dinləmədə onlara qarşı irəli sürülən ittihamların yenidən araşdırılmasına göstəriş verib. Ehtimal olunur ki, dinləmə bir ay çəkə bilər, bundan sonra hökm elan olunacaq.
Pakistanın Ali Məhkəməsi bu həftə Xanın zaminə buraxılmaq tələbini qəbul edib və ona baxmağa başlayıb.
Xan və Qureşinin məhkəməsi Federal Təhqiqat Agentliyi tərəfindən onlara qarşı 1923-cü ildə qəbul edilmiş Dövlət Sirləri Aktını pozmaqda, “Xarici İşlər Nazirliyinin diplomatik kodundan siyasi məqsədlər üçün istifadə etmək” ittihamı əsasında keçirilir.
İstintaq Xan 2022-ci ilin 27 martında Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını açıq şəkildə elan etdikdən sonra başlayıb. Onun sözlərinə görə, teleqramda qeyd edilib ki, ABŞ nümayəndələri səfirlə söhbət zamanı Xan hakimiyyətdən uzaqlaşdırılmasının tövsiyə olunduğunu bildiriblər. Buna səbəb onun 2022-ci ilin fevralında Moskvaya səfəri zamanı Ukrayna ilə bağlı rusiyayönlü mövqe nümayiş etdirməsi olub.
Həmçinin oxu
"Qəzzada yaxın saatlarda atəşkəs elan olunacaq"
Ağ Ev: "Qəzzada girovlar noyabrın 24-də azad edilə bilər"
Şahanə Rəhimli
AzVision.az
Teqlər: İmranXan