Dilan Polat: "İntihar etmək istəyirəm"

      Dilan Polat:    "İntihar etmək istəyirəm"
  24 Noyabr 2023    Oxunub:1667
Çirkli pulların yuyulması və vergidən yayınma kimi ittihamlarla aparılan istintaq çərçivəsində həbs edilən Dilan Polat Çorlu Həbsxanasında olan əri Engin Polata zəng edərək intihar etmək istədiyini deyib.
Psixoloji vəziyyətinin yaxşı olmadığını deyən vəkilləri onunla görüşmək üçün həbsxanaya gediblər.
Varlı cütlüyün cinayət işində yeni detallar üzə çıxıb - FOTO


Xatırladaq ki, Dilan Polat və həyat yoldaşı Engin Polat çirkli pulların yuyulmasında ittiham olunurlar. Anadolu Baş Prokurorluğu Engin Polat və Dilan Polat haqqında “Cinayətdən əldə edilən gəlirlərin yuyulmasının qarşısının alınması, Vergi Prosessual Qanunu ilə futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi” cinayətlərinə görə istintaq başladıb. İstintaq zamanı oktyabrın 12-də Dilan və Engin Polatın və onların qohumlarının bütün əmlaklarının müsadirə edilməsinə qərar verilib.

Onların Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsi var, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Cütlüyün iki övladı var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti