"Sülh imzalansa, Pakistanla münasibətlərimiz qurula bilər" - Paşinyan

 "Sülh imzalansa, Pakistanla münasibətlərimiz qurula bilər"  - Paşinyan
  24 Noyabr 2023    Oxunub:1030
"Ermənistan və Səudiyyə Ərəbistanı tezliklə diplomatik əlaqələr qura bilər".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.

Paşinyandan etiraf: “İnsanların əsəbləri ilə oynayırıq”
Suriya əsilli erməni ondan İslam dünyasının "ağır çəkili" dövlətləri ilə əlaqələrin qurulması və intensivləşdirilməsi üçün nələr edildiyini soruşub. İrəvan rəhbəri qeyd edib ki, son illər Səudiyyə Ərəbistanı ilə müəyyən təmaslar qurulur, xarici işlər nazirləri və digər rəsmi şəxslər səviyyəsində səfərlər, telefon danışıqları olub. Onun sözlərinə görə, proses daha da irəliləyir.

"Biz ümid edirik ki, Ermənistan və Səudiyyə Ərəbistanı yaxın gələcəkdə diplomatik əlaqələr quracaqlar. Yeri gəlmişkən, bu il biz Ər-Riyaddan İrəvana reyslərə başladıq. Lakin bu müntəzəm reys deyil, daha çox mövsümi xarakter daşıyır", - baş nazir qeyd edib.

İslam dünyasının daha bir nüfuzlu ölkəsi - Ermənistanı dövlət kimi hələ rəsmən tanımamış Pakistanla münasibətlərə gəlincə, Paşinyan ehtimal edib ki, yüksək səviyyədə olmasa da, bu istiqamətdə də müəyyən diplomatik işlər aparıla bilər.

Paşinyan istisna etmir ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması Pakistanla münasibətlərin qurulması üçün əlverişli şərait yaradacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sülh   Paşinyan  





Xəbər lenti