İrəvan Rusiyaya olan borcu silah pulları ilə ödəyə bilər

 İrəvan Rusiyaya olan borcu  silah pulları ilə ödəyə bilər
  24 Noyabr 2023    Oxunub:1082
"Silahların alınması üçün ödənilən vəsait hesabına Rusiyaya olan borcun azaldılması məsələsinə baxılır".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.

"Rusiya pulunu ödədiyimiz silahları vermədi" - Səfəryan
Ermənistanın hökumət başçısı söhbətin hansı məbləğdən getdiyini açıqlamayıb. O, yalnız silah müqavilələrinin yerinə yetirilməməsi ilə bağlı problemlərin olduğunu söyləyib. Qeyd olunan mexanizm problemin həlli üçün yeganə variant deyil, bir neçə variant da var.

"Biz bilirik ki, Rusiyanın özünün də silaha ehtiyacı var. Bu kontekstdə problemi işlək mühitdə həll etməkdə qərarlıyıq. Ümid edirəm ki, müzakirələr konkret nəticələrə gətirib çıxaracaq", - o əlavə edib.

Qeyd edək ki, Ermənistan hakimiyyəti Rusiyanın İrəvanla imzalanan müqavilə çərçivəsində silah və hərbi texnikalarını tədarükünü reallaşdırmadığını dəfələrlə bəyan edib. Hətta məlum müqavilə çərçivəsində Moskvaya vəsait də köçürülüb. Rəsmi olaraq dəqiq məbləğ açıqlanmayıb. Bəzi mənbələrə görə bu, təxminən 250 milyon, bəzilərinə görə isə 400 milyon dollardır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Borc   Silah   Ermənistan  





Xəbər lenti