Blinken yenidən İsrailə yola düşür

   Blinken yenidən İsrailə yola düşür
  26 Noyabr 2023    Oxunub:1115
ABŞ dövlət katibi Antoni Blinken yaxın günlərdə İsrailə səfər edəcək. Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Bu, Blinkenin oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra yəhudi dövlətinə dördüncü səfəri olacaq.

“Jerusalem Post”un məlumatına görə, ABŞ dövlət katibinin səfəri gələn həftə baş tutacaq.
Həmas və İsrail ikinci girov və əsir mübadiləsini aparıb


Qeyd edək ki, ktyabrın 7-də HƏMAS "Əl-Əqsa daşqını" əməliyyatına başladığını elan etdikdən və Qəzza zolağından minlərlə HƏMAS yaraqlısının İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib.

Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrailin “Dəmir Qılınclar” əməliyyatının cavab məqsədi hücumu dəf etmək, xaricilər də daxil olmaqla 200-dən çox girovu azad etmək və HƏMAS-ı məhv etmək olub.

Bu məqsədə çatmaq üçün İsrail əməliyyatın ilk günündən Qəzza zolağına kütləvi raket hücumları həyata keçirib. Eyni zamanda, İsrail Milli Təhlükəsizlik Şurası sektora su, ərzaq, mal, elektrik və yanacaq tədarükünün dayandırılmasına qərar verib. Qəzzaya humanitar yardımların çatdırılması yalnız oktyabrın 20-dən sonra Rəfah keçid məntəqəsi vasitəsilə həyata keçirilməyə başlayıb və onların həcmi qeyri-kafi adlandırılıb.

Oktyabrın 27-də İsrail Qəzzada quru əməliyyatını "genişləndirdiyini" elan edib. Əməliyyatın dəqiq nə vaxt başladığı bilinmir, lakin onun ərəfəsində yüz minlərlə fələstinli evlərini tərk edərək sığınacaqlara və anklavın cənubuna köçüb. Noyabrın 5-də quru əməliyyatı çərçivəsində İsrail Müdafiə Qüvvələri Qəzza şəhərini mühasirəyə alıb və onun təchizatını kəsiblər və Qəzzanın mərkəzində döyüşlər hələ də davam edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   İsrail  





Xəbər lenti