KİV: "İsrail bu gün azad ediləcək girovların siyahısını alıb"

      KİV:    "İsrail bu gün azad ediləcək girovların siyahısını alıb"
  27 Noyabr 2023    Oxunub:1057
İsrail hakimiyyəti Qəzza zolağında HƏMAS hərəkatının tərəfdarları tərəfindən saxlanılan və bu gün azad edilməli olan girovların siyahısını alıb.
Həmas və İsrail ikinci girov və əsir mübadiləsini aparıb
AzVision.az xəbər verir ki, bu bəyanatla İsrailin "Qalei Tzahal" radiostansiyası məlumat verib.

Qeyd edilib ki, siyahılar bazar ertəsi gecə İsrail tərəfinə təhvil verilib. Siyahıya daxil olan girovların sayı, eləcə də vətəndaşlıqları barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, bazar günü HƏMAS və İsrail arasında ikinci girov və əsir mübadiləsi həyata keçirilib. Belə ki, Qətər 13 israilli girov və 39 fələstinli məhbusun, həmçinin HƏMAS tərəfindən saxlanılan 13 əcnəbinin razılaşmadan kənar azad ediləcəyini açıqlayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   Girov  





Xəbər lenti