Qarabağdan gedən ermənilər aksiyada polislə toqquşdu - VİDEO |
Hüquq müdafiəçisinin fikrincə, Ermənistanda uşaqların Qarabağdan gələnlərin keçirdikləri stresləri öz problemi və faciəsi kimi qəbul etməməsi artıq Təhsil və Elm Nazirliyinin problemidir. Nazirlik Vətən, milli kimlik və erməni dövlətçiliyi ideyalarının təbliği, dərk edilməsi ilə bağlı mövqeyini aydınlaşdırmalıdır.
Məqalədə qeyd edilir ki, bulinq dünyanın heç bir yerində qəbul edilmir. Lakin keçmiş ombudsmanı daha çox nazirin məsələyə münasibəti təəccübləndirir.
Hüquq müdafiəçisi ritorik sual da verib: "Nazir Andreasyan məktəblərdə zorakılıq təzahürlərinin istisna etmədiyini deyəndə, o, buna dözmək lazım olduğunu göstərdimi? Halbuki, nazir Qarabağdan olan uşaqlara qarşı bu "fenomeni" dərhal pisləməli idi".
Alaverdyanın sözlərinə görə, bullinqin bir normal hal kimi kökündən kəsilməsi üçün Qarabağdan olan həmyaşıdlarına qınamalarla yanaşan uşaqlarla söhbətlər aparılmalı, izahat işləri görülməlidir.Alaverdyanın sözlərinə görə, zorakılığın bir "fenomen" kimi kökündən kəsilməsi üçün Qarabağdan olan həmyaşıdlarına qınamalarla yanaşan uşaqlarla söhbətlər aparılmalı, izahat işləri görülməlidir.
Noyabrın 23-də keçirilən hökumətin iclasında Ermənistan məktəblərində Qarabağdan gəlmiş uşaqlara qarşı bulinqin təzahürləri olduğu qeyd edilib. Məsələni isə iclasa dəvət edilmiş uşaqlardan biri qaldırıb. Azyaşlını 20 noyabr 1989-cu ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə tədbirə dəvət ediblər. Onun bulinqlə bağlı sualına cavab olaraq Təhsil və elm naziri Janna Andreasyan məktəblərdə zorakılığın baş verməsini və belə halların aşkarlanmasının çox çətin olduğunu istisna etməyib.
Tural Tağıyev
AzVision.az