Erməni vəkillər Fransa səfirinə siyasi təqiblərdən şikayət edəcəklər

  Erməni vəkillər Fransa səfirinə  siyasi təqiblərdən şikayət edəcəklər
  27 Noyabr 2023    Oxunub:1020
Ermənistanın Respublika Partiyasının həbsdə olan sədr müavini Armen Aşotyanın vəkilləri diqqət çəkən tələblər səsləndiriblər. Onlar Fransa səfiri Olivye Dekotini ilə görüşmək istədklərini bəyan ediblər.
Vəkil Ruben Melikyanın bununla bağlı sosial şəbəkələrdə yaydığı məlumatda qeyd edilir ki, müdafiə tərəfi səfirliyə görüş xahişi ilə məktub da göndərib. Erməni vəkillər fransalı diplomata siyasətçinin təqib edilməsinin təfərrüatları barədə danışmaq niyyətindədirlər.

Armen Aşotyan həbs edildi
Melikyan ümid edir ki, onların Parisi təmsil edən diplomata çatdıracağı məlumatlar faydalı olacaq. Bu siyasi gediş Olivyeyə Ermənistan hakimiyyətinin demokratik normalara real münasibəti barədə dəqiq təsəvvür əldə etməyə imkan verəcək.

Qeyd edək ki, Armen Aşotyan bu ilin iyununda həbs edilib. O və İrəvan Dövlət Tibb Universitetinin keçmiş rektoru Mikael Narimanyan universitetə ​​məxsus təxminən 100 min dollar məbləğində əmlakı mənimsəməkdə ittiham olunurlar. Erməni siyasətçi sözügedən universitetin qəyyumlar şurasına rəhbərlik edib.

Fransa son illər Ermənistanın daxili işlərinə fəal şəkildə qarışır. Aşotyanın fransalı diplomatlarla görüşmək təcrübəsi də var. O, hələ 2015-ci ildə təhsil və elm naziri işləyərkən Fransanın baş naziri tərəfindən yüksək mükafata layiq görülmüşdü. Fransa tərəfi o vaxtkı nazirin Ermənistanda fransız dilinin və mədəniyyətinin yayılmasında göstərdiyi səyləri yüksək qiymətləndirmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Səfir   Vəkil  





Xəbər lenti